Bu dəfə özü “ilişdi” - Foto

Abşeron polisi günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib.
 
Əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi bildirib.

Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlayıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan Şamaxinkaya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşarkən avtomobillərdən birinin kamerasına yaxalanıb./baku.ws/
 


MediaFax