Bu, cadügər ovudur - Lavrov

Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin ABŞ-dakı səfiri Kislyakovun amerikalı baş prokuror Ceff Senşsonla görüşü barədə qalmaqalı şərh edib.

Sergey Lavrov bu qalmaqalı "cadügər ovu” adlandırıb:

"Səfirlər təyin edilir, münasibətlər görüşlərlə tənzimlənir. Bu görüşlər icraedici orqan rəhbərlərindən tutmuş, parlamentarilərə qədər hər kəsi əhatə edə bilər. Ona görə də, bununla bağlı bu gün KİV-də yayılan "cadügər ovu” bənzətməsi ilə kifayətlənə bilərəm.”

Bundan əvvəl, ABŞ-ın baş prokuroru Ceff Senşslə bağlı yaranan narazılığı prezident Donald Tramp da "cadügər ovu” adlandırmışdı.

Xatırladaq ki, ABŞ-ın baş prokuroru Ceff Senşs ötən il, prezident seçkilərinin təşviqatı zamanı Rusiyanın ölkəsində səfiri Sergey Kislyakovla 2 dəfə görüş keçirib.
 
The Wall Street Journal nəşrinin yazdığına görə, Senşs görüşlərin birində Kislyakovla ABŞ-da prezident seçkilərini müzakirə edib./aznews.az/

MediaFax