Osakadan olan şirniyyatçı yeni il qabağı şokoladdan düzəltdiyi kişi ayaqqabıları kolleksiyasını təqdim edib.
Şirniyyatçı kolleksiyanı elə ustalıqla hazırlayıb ki, sanki şokoladdan deyil, dəridən istifadə edib.
Kolleksiyaya müxtəlif çalarlı çəkmələr daxildir: tünd-qəhvəyi, açıq-qəhvəyi və qırmızı-qəhvəyi. Şokolad çəkmələrin uzunluğu 26 santimetrdir, bu isə 40 ayaq ölçüsünə uyğundur.
Hər cüt ayaqqabının qiyməti isə 258 dollardı./aznews.az/
MediaFax