Brüs Linin oğlunu güllələyən aktyor öldü

ABŞ-da aktyor Maykl Massi məlum olmayan səbəbdən vəfat edib.
 
Onun 61 yaşı vardı.
 
"Quzğunlar” filminin qəhrəmanı yalnız öz rolları ilə deyil, həm də faciəli hadisə ilə tanınıb. Massi çəkiliş meydançasında həmkarı Brendon Lini güllələmişdi.
 
Hadisə 1994-cü ildə gülünc vəziyyətdə baş verib: çəkiliş səhnəsində Massinin Brendona atəş açmalı olduğu tapança sən demə düzgün yüklənməyib.
 
Nəticədə açılan atəşdən aktyor qarnından yaralanıb, onurğa sütünü da zərər görüb, nəticədə çoxlu qan itirən Li xəstəxanada ölüb.
 
Massi bu olaya görə günahkar hesab olunmasa da, uzun müddət depressiyada qalıb.
 
O 2005-ci ildəki müsahibələrindən birində etiraf edib ki, hələ də o zamankı dəhşətdən yaxa qurtara bilmir./modern.az/

MediaFax