Broylerlər bizi necə soyur? - ŞOK FAKTLAR

Azərbaycanda fəaliyyət göstərən iri broylerlərin müdhiş fırıldağı ilə bağlı redaksiyaya məlumat daxil olub.

Quşçuluq sahəsində çalışan mənbənin saytımıza bildirdiyinə görə, bazarlarda müşahidə edilə bahalaşma əslində hər hansı iqtisadi qanunauyğunluqdan yox, broyler fabriklərinin işbirliyindən qaynaqlanır: "Bazarda əsas paya sahib olan "Şəfalı”, "Dəvəçi”, "Siyəzən” bir-birlərilə sövdələşməyə gedərək süni mal qıtlığı yaradırlar. Onların sövdələşməsi belə olur ki, bazara hər həftə biri mal çıxarır. Bazarın 70-80 faiz tələbatını ödəyən iri broylerlərin hər həftə yalnız biri satışa mal çıxaranda təbii olaraq qıtlıq yaranır.
 
Bu baxımdan da istədikləri qiyməti diktə edə bilirlər. Normal bazar münasibətləri şəraitində bunlar arasında rəqabət olmalıdır, amma əksinə, broylerlər sözləşib işbirliyinə gedərək bazarda qiymətləri real məbləğdən xeyli baha saxlamağa müvəffəq olurlar. Bu səbəbdəndir ki, yanvar ayı ərzində qiymətlər təxminən 20-40 qəpik bahalaşdı”./AFN/

MediaFax