“Borcum yoxdur, işığım niyə sönməlidir?” - Tanınmış prodüser

Tanınmış prodüser Tolik (Tarix Əliyev) "Azərişıq” ASC-dən narazılığını dilə gətirib.

O, saytımıa açıqlamasında bildirib ki, yaşadağı Xırdalan şəhəri, Heydər Əliyev prospektinin 240 ünvanında gün ərzində işıqlar 3 dəfə sönür: "Bir günün içində 3 dəfə işıq sönə bilməz. Bütün Xırdalan bu gündədir, belə olmaz. İşıq pulu borcum yox, işığım niyə sönməlidir? 5 manat borc olan kimi "Azərışıq” işıqları kəsir.”

Tolik bunun səbəbini "Azərişıq”ın kabellərinin keyfiyyətsiz olmasında görür: "Bu problem niyə həll olunmur?”

O, məsələ ilə bağlı "Azərişıq” ASC-yə müraciət etmədiyini qeyd edib:

"Mən ictimai şəxsəm, nə yazıramsa buna da cavabdehəm.”/aznews.az/

MediaFax