Borca görə özünə qəsd etdi - Yenilənib

13.01.2017 
18:18

Bakıda bir neçə şəxsə külli miqdarda borcu olan vəzifəli şəxs özünü asaraq intihar edib.

Hadisə Səbail rayonunda, "Velopark”ın ərazisində baş verib. Ağdam rayon sakini, 1954-cü il təvəllüdlü Ənvər Cavadov bu gün səhər saatlarında özünü parkın ərazisində şam ağacından asaraq intihar edib.

Qeyd edək ki, Ə.Cavadovun bir ay öncə vəzifəsi artırılıb. O Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Departamentinin məsul işçisi təyin olunub. Bundan əvvəl isə 144 saylı "JEK”in rəisi olub./qafqazinfo.az/
 
----------------
14.01.2017
15:00
 
"Jek” rəisi Ş.Cavadovun həm keçmiş, həm də sonuncu iş yerində intiharın şəxsi problemlər səbəbindən baş verdiyini bildirirlər.

144 saylı MİS-dən saytımıza verilən məlumata görə, işdə hər hansı probleminin olduğunu hiss etdirməyib:

"Bizim rəisimiz olub, bizə qarşı pis adam olmayıb. 3-4 ay idi işini dəyişmişdilər, 3 saylı MİS-ə rəis təyin olunmuşdu. Nəsə şəxsi problemləri var idi, nədən ibarət olduğunu biz bilmirik”.

Ş.Cavadovun sonuncu iş yeri olan 3 saylı MİS-dən də onun işdə heç bir problem olmadığını bildirdilər.

"İşdə heç bir problem yox idi, çox mehriban, sadə, başıaşağı adam idi. Ailəsi, uşaqları var, amma problemlərinin olmasından xəbərimiz olmayıb. Deyirlər, çoxlu borcu olub, biz də eşidəndə çox pis olduq”, - deyə MİS-dən bildirdilər./virtualaz.org/

MediaFax