Borca görə dostunu bıçaqlayana 6 il 6 ay iş verildi

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa zərər vurmaqda təqsirləndirilən Vahid Muxtarovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkili Elman Ağayev çıxış edərək, hüquqlarını müdafiə etdiyi şəxs barəsində ədalətli qərar çıxarılmasını istəyib.
 
V. Muxtarov son sözündə əməlindən peşman olduğunu deyib.
 
Sonra hökm oxunub. Hökmə əsasən, V. Muxtarov 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, hadisə ötən ilin iyununda Bakıda baş verib. Əvvəllər məhkum olunmuş V. Muxtarovla dostu Zaur İsgəndərov arasında borc üstündə münaqişə yaranıb. Münaqişə əlbəyaxa davaya çevrilib və V. Muxtarov dostunu bıçaqlayıb. Xəstəxanaya çatdırılan Z. İsgəndərovu xilas etmək mümkün olub./APA/

MediaFax