Boksçu hakimi nokdauna saldı

WBC versiyası üzrə ikinci orta çəkidə (76,2 kiloqrama qədər) isveçli dünya çempionu Badu Cek Beynəlxalq boks federasiyası  (IBF) kəmərinin sahibi Böyük Britaniyadan olan Ceyms Diqeylomla döyüşdə təsadüfən hakimə zərbə vurub.

Görüş yanvarın 15-nə keçən gecə Nyu-Yorkda keçirilib və heç-heçə başa çatıb.

Referi Artur Merkante boksçuları ayırmağa çalışanda, Cek sol əli ilə yandan zərbə vurmağa cəhd göstərib, ancaq zərbə hakimə dəyib.

Nəticədə, isveçli yıxılmaq üzrə olan hakimi saxlayaraq, sonradan üzr istəyib./modern.az/

MediaFax