Blogger Mehman Hüseynov qəzaya düşdü - FOTO

Tanınmış blogger Mehman Hüseynov Bakı-Quba yolunda avtoqəzaya düşüb. 

Qaynarinfo.Az xəbər verir ki, bu barədə məlumatı bloggerin özü yayıb:

"Səhər tezdən fotoaparatlarımı, avadanlığımı sumkaya yığıb çıxdım rayona. Mənə xəbər eləmişdilər ki, hava pisdi, rayon yolları buzlanıb, bəlkə bu gün çıxmayasan yola? Amma dəcəllik elədim, dayanmadım, qərara gəldim ki, gedirəm!

Gedirdim adını çəkmədiyim gözəl rayonlarımızın birinə. Orda sakinlərin problemlərini və 1-2 məmurun özbaşınalığını, rayonda gördüyü saxta işlərini işıqlandırmağa.

Mindik maşına və yola düşdük. Elə də oldu, rayona gedən yolları buz bağlayıb, maşın bir az özünü pis aparıb deyə sürüşüb ağır avtoqəzaya düşdük. Şükürlər olsun, sürücü və maşında olan diqər dostlarım yaxşıdılar, sağ salamatdılar. Götürdüyüm kameralar zədələnib, bəziləri isə sınıb".



MediaFax