28 fevral – 2 mart tarixlərində regionlarda fəaliyyət göstərən məktəbdənkənar təhsil müəssisələrinin pedaqoji heyətinin bilik və bacarıqlarının qiymətləndirilməsi keçiriləcək.
İstiPress-in Təhsil Nazirliyinə istinadən verdiyi xəbərə görə, ölkə üzrə məktəbdənkənar təhsil müəssisələrinin sayının optimallaşdırılması zamanı işçilərin peşəkarlıq səviyyəsinin müəyyənləşdirilməsində qiymətləndirmənin nəticələrindən istifadə olunacaq. Qiymətləndirmədə məntiqi düşünmə və pedaqoji qabiliyyət, peşə-ixtisas, informasiya-kommunikasiya texnologiyaları üzə biliklər və psixoloji xüsusiyyətlər yoxlanılacaq. Pedaqoji heyətin 60 sualı cavablandıracağı qiymətləndirmənin müddəti 90 dəqiqə müəyyən edilib.
Qiymətləndirmə Azərbaycan Memarlıq və İnşaat Universitetinin idman zalında keçiriləcək.
MediaFax