Bizi xilas edin - Ərdoğana müraciət

Mosullu araşdırmaçı-yazar və "Mosulu qoruyun” hərəkatının koordinatoru Rabii əl-Hafiz Türkiyə prezidenti Ərdoğana müraciət ünvanlayıb.

Mosullu yazar Rəcəb Tayyib Ərdoğanı Mosulu məzhəbçi terrorçuların qətliamından qorumağa səsləyib.

Ərdoğanı Mosulu məzhəbçi terrorçuların qətliamından qorumaq üçün hərbi müdaxiləyə səsləyən əl-Hafiz iraqlı sünnilərin İranın dəstəklədiyi məzhəbçi terrorçular tərəfindən kütləvi qətliama məruz qaldıqlarını, Tikrit, Miqdadiyyə, əl-Ənbar, Fəllucə, Beycə, Samarra kimi bir çox şəhərin həmin qruplaşmalar tərəfindən viran qoyulduğunu xatırladıb.

O həmçinin Mosulun iraqlıların son qalası olduğunu bildirib.

"Prezident Ərdoğanı Mosulun tamamilə yerlə-yeksan olmaqdan xilas etmək üçün birbaşa hərbi müdaxiləyə dəvət edirik. Aşağıdakı forumu dolduraraq bu kampaniyaya siz də qatılın”./avropa.info/

MediaFax