Biz buna görə məsuliyyət daşımırıq - Açıqlama

"Azərbaycanda Yeni il münasibətilə uşaqlar üçün satılan hədiyyələrin təhlükəsizliyi ilə bağlı məlumat verə bilmərik. Çünki Gigiyena və Epidemiologiya Mərkəzinin həmin məhsulları yoxlamağa icazəsi yoxdur".

Bunu saytımıza açıqlamasında Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev deyib.

Onun sözlərinə görə, Yeni il hədiyyələrində yer alan məhsulların keyfiyyətinə onu istehsal edən müəssisə cavabdehdir: "Biz daha çox hədiyyələrin təhlükəsizliyinə nəzarət edirdik. Hazırda isə bu kimi məsələlərlə bağlı yalnız İqtisadiyyat Nazirliyinin razılığı əsasında yoxlamalar aparıla bilər. Ona görə də yoxlama aparılmadan həmin məhsullarla bağlı məlumat vermək mümkün deyil".

İ.Abdullayev deyib ki, il ərzində ərzaq məhsulları ilə bağlı müraciətlər olur: "Ancaq konkret faktlar olmadığından yoxlama apara bilməmişik. Bəzi hallarda isə İqtisadiyyat Nazirliyi məsləhət görmədiyindən yoxlamalar aparmamışıq"./report.az/

MediaFax