Bir toya 74 milyon dollar xərclədi

Hindistanın Karnataka ştatının keçmiş nazirinin qızına keçirdiyi toy 74 milyon dollara başa gəlib.

49 yaşlı Qali Janardhana Reddi mərasimdə şou təşkil etməkdən ötrü 8 Bollivud rejissoru cəlb edib.

Mərasim 5 gün davam edib, qonaqları yerli tanınmışlar əyləndiriblər.

Məlumatda qeyd edilir ki, gəlin məşhur dizaynerlər dəstəsinin, bəy isə 5 ağ atın əhatəsində olub. Qızın valideynləri mərasim üçün xüsusi yazılan mahnını ifa ediblər.

Redi Hindistanın ən varlı siyasətçilərindən biri hesab olunur. O 2014-cü ildə Karnataka ştatındakı dəmir filizinin hasilatı üçün lisenziya alıb./modern.az/

MediaFax