"Maliyyə çatışmazlığı üzündən gələn il bir neçə səfirliyin bağlanılması gözlənilir”.
Bunu millət vəkili Fəzail Ağamalı parlamentdə büdcə müzakirələri zamanı səsləndirib. O qeyd edib ki, gələn ilin dövlət büdcəsindən Xarici İşlər Nazirliyinə 220 milyon manat vəsait ayrılıb: "Bu vəsait kifayət qədər azdır. Ancaq mənzil kommunal təsərrüfatı birliklərinə isə 300 milyon manat vəsait ayrılıb. Mən başa düşmürəm, bizim üçün səfirliklər daha əsasdır, yoxsa mənzil kommunal təsərrüfat birlikləri?”.
Millət vəkili eyni zamanda rayonların ləğv olunmasını təklif edib. O qeyd edib ki, quberniya tipli çevik idarəçilik sisteminə keçilməlidir./qafqazinfo.az/
MediaFax