Bakı Nəqliyyat Agentliyinin sədr müavini Mübariz Abbasov 7 nömrəli marşrut xəttinin bağlanmasına aydınlıq gətirib.
O bildirib ki, 7 və 18 nömrəli marşrut xətlərinin hərəkət trayektoriyası 90-95 faiz üst-üstə düşürmüş. Bu səbəbdən 7 nömrəli marşrut fəaliyyətini dayandırıb.
M.Abbasov həmçinin Bakıda bir neçə marşrut xəttinin bağlanacağını və bunun nəqliyyatın optimallaşdırılması çərçivəsində aparılacağını bildirib: "Bakı şəhərində 158 sayda marşrut xətti, 58 daşıyıcı şirkət faliyyət göstərir. Aparılan təhlillər göstərir ki, bir neçə marşrut xəttinin təkrarlanması və üst-üstə düşməsi halları var”.
M.Abbasov yeni yaradılacaq HUB-lar (Nəqliyyatın Mübadilə Mərkəzi) barədə də məlumat verib:
"Nəqliyyat konsepsiyasının hazırlanmasının birinci mərhələsi başa çatıb. Konsepsiya beynəlxalq mütəxəsislərlə hazırlanıb. Birinci mərhələ şəhər mərkəzinin nəqliyyat problemlərinin həllinə yönəldilib və bu sxem çərçivəsində ilkin olaraq Bakı da 5 HUB-ın təşkili nəzərdə tutulub. Bunlar "Koroğlu”da, Dərnəgüldə, Avtovağzalda, Lökbatan və 28 mayda olacaq. HUB-lar Bakıda nəqliyyat sıxlığının və nəqliyyat problemlərini həll edəcək”./qafqazinfo.az/
MediaFax