Daxili İşlər Nazirliyinin məlumatına əsasən, ötən il Azərbaycanda cinayət törədən qadınların sayı 1036 nəfər olub.
Bu barədə Dövlət Statistika Komitəsindən (DSK) bildirilib.
"Ölkədə cinayət törədənlər arasında 14-17 yaşda olan uşaqların sayı isə 7 nəfər olub", - DSK-dan əlavə olunub.
Həmçinin, ötən il qeydə alınan cinayətlərin 50,9 faizi iqtisadi sahədə, 26,4 faizi ictimai təhlükəsizlik və ictimai qayda əleyhinə, 17,4 faizi isə şəxsiyyət əleyhinə cinayətlər üzrə törədilib./report.az/
MediaFax