Bir həftəyə 700 milyon dollar itirdilər

Rusiyanın beynəlxalq valyuta ehtiyatları avqustun 5-dən 12-nə qədər 700 milyon dollar azalıb.
 
Bu barədə informasiyanı Rusiya Mərkəzi Bankı yayıb. Mərkəzi Bank hazırda ölkənin beynəlxalq ehtiyatların 395,7 milyard dollar olduğunu bildirib.
 
Qeyd edək ki, Donbas və Krım böhranından sonra Qərb ölkələri Rusiyaya sanksiyalar tətbiq ediblər. Üstəlik, ölkənin əsas gəlir sahəsi olan neftin dəyəri də xeyli ucuzlaşıb. Nəticədə ölkənin gəliri xeyli azalıb. Ölkənin milli valyutası kəskin devalvasiyaya məruz qalıb./axar.az/

MediaFax