"Arsenal"ın baş məşqçisi Arsen Venger futbolçusu Məsut Özili İngiltərə Premyer Liqasının 20-ci turunda "Bornmut"la görüşdə (3:3) oynatmamağının səbəbini açıqlayıb.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, o deyib ki, türkəsilli oyunçu xəstəliyi hələ də davam etdiyi üçün sözügedən oyunun heyətinə daxil edilməyib:
"Məsutu bir həftədir görmürəm. O, hələ də sağalmayıb".
A.Venger M.Özilin növbəti matça kimi də hazır olmayacağını vurğulayıb.
MediaFax