Bir həftə enerji yığmadan işləyir

Çinin "Oukitel” şirkəti yeni "Oukitel K10000 Pro” smartfonunu 10100 milliamper/saat tutumlu akkumulyatorla təchiz edib.
 
İstehsalçının iddiasına görə, aparat 1 həftə müddətində şarjsız işləyə bilər. Sürətli "12V/2A” enerjidoldurma qurğusunun köməyi ilə 2 saat ərzində tamamilə enerji toplayır.

"Cnews.ru” saytı xəbər verir ki, "MWC 2017” sərgisində nümayiş etdirilən "Oukitel K10000 Pro” smartfonu 1920×1080 piksel təsvir ölçülü 5,5 düymlük diaqonala malik ekranla təchiz edilib. Smartfon 4 giqabayt əməli və 32 giqabayt daxili yaddaşa malikdir. Qurğu "Android 7.0 Nougat” mobil əməliyyat sistemi ilə işləyir./AZƏRTAC/

MediaFax