Bir gecədə 50 min qazandı - Bakıda

Türkiyə mediası Yeni il gecəsi Bakıda keçirilən konsertdə iştirak etmiş daha bir müğənninin aldığı qanorarı açıqlayıb.
 
Olimpiya stadionundakı konsertə iştirak edən 16 yaşlı türkiyəli müğənni Aleyna Tilki 1 saatlıq çıxış üçün 50 min lirə alıb.
 
Bildirilir ki, yaşı 18-ə çatmadığı üçün Aleyna Tilkinin Türkiyədə spirtli içki verilən konsert və tədbirlərdə iştirakıl mümkün deyil. Bununla belə o, iştirak etdiyi hər tədbirə görə 20-30 min lirə qazanır. Keçən ilədək ağır maddi şərtlər altında yaşayan Aleynanın ailəsi bü günlərdə dəniz sahilində 750 min lirəyə mənzil də alıb.
 
Qeyd edək ki, A.Tilki 2 il əvvəl "Yetenek Sizsiniz” layihəsində tanınıb və keçən il efirə çıxan bir mahnı ilə məşhurlaşıb./lent.az/

MediaFax