"Manifest” filminin treyleri təqdim olundu.
Alman rəssamı Culian Rozenfeld əvvəlcə art-layihə düşünsə də, sonradan ideya filmə çevrilib.
Filmdə bütün rolları Hollivud aktrisası Keyt Blanşett canlandırıb -o, gah balerina, gah evsiz rok-ulduz, gah məktəb müəllimi olub.
Blanşet hər obrazında məşhur incəsənət xadimlərinə həsr olunmuş monoloq səsləndirir.
90 dəqiqəlik filmin premyerası yanvarın 19-20-nə planlaşdırılır. Film ilk dəfə "Sandens" film festivalında nümayiş etdiriləcək./aznews.az/
MediaFax