Binəqədi sakinləri yolu bağladılar - Fotolar

Oktyabrın 17-də yağan aramsız yağış nəticəsində Binəqədi rayonunu su basması və hələ də yağış sularının Binəqədi sakinlərinin evlərində və küçələrdə qalması etiraza səbəb olub.
 
Binəqədi sakinləri bu dəqiqələrdə dəmir zibil qutuları ilə yolları bağlayıb. Əraziyə polis əməkdaşları cəlb olunub. Hazırda yolu açmaq istəməyən Binəqədi sakinləri ilə polis əməkdaşları arasında gərginlik yaşanır. Polis əməkdaşları yolun açılmasına çalışsa da, əhali buna imkan vermir

Saytımız iki gündür ki, Binəqədi rayon İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışır. Lakin icra hamiyyətinin nümayəndəsi Aysel Hüseynova bildirir ki, məsələ ilə bağlı icra aparatında Jalə xanım tədbirdədir,  özü isə açıqlama verə bilməz. Görünür, müxtəlif bəhanələrlə suallardan yayınan icra hakimiyyətinin başı yağış sularına qarışsa da, suların öhdəsindən gələ bilmir./qaynarinfo.az/
 




MediaFax