Bina sakinləri nədən şikayətçi düşüb?

Xırdalandakı "Kristal Abşeron” massivinin sakinləri bahalaşmanı hətta vaxtından əvvəl hiss ediblər.

"Dekabrın 1-dən mənzilllərə verilən istiliyə görə xidmət haqqı hər kvadrata görə 40 qəpikdən 70 qəpiyə qaldırılıb. 80 kvadratlıq mənzilin sahibi ayda təkcə istilik üçün 56 manat ödəməlidir. İsti suyun hər kubuna görə də nə az, nə çox – 2.40 manat ödəyirik”.

Bu sözlər Xırdalanda yerləşən "Kristal Abşeron” massivinin bir qrupu sakini adından göndərilən şikayət məktubunda yazılıb.

Öncə qeyd edək ki, "əhali” kateqoriyasına aid istehlakçılar üçün qaz tariflərinin artırılması yanvar ayının 1-dən qüvvəyə minir. Artıq dekabr ayından bu tariflərin artırılması qanunsuzluqdan xəbər verir. Mərkəzi istilik sistemi olan bir sıra başqa binalarda da qazanxanada istifadə olunan qazın qiymətinin "qeyri-əhali” kateqoriyasına aid olan tariflə tələb olunduğu haqqında məlumatlar var. Bununla bağlı rəyini öyrəndiyimiz vəkil bildirir ki, qazanxana yaşayış binasına aid olduğu üçün, burada istifadə olan qazın qiyməti də "əhali” kateqoriyasına aid tariflərlə hesablanmalıdır. Əgər qaz idarəsi buna məhəl qoymursa, məhkəməyə müraciət olunmalıdır.

Tarif Şurasının məlum qərarını şərh edən hakimiyyət nümayəndələri qiymət artımının aztəminatlı təbəqəyə təsiri olmayacağını deyirdilər. Lakin şikayətdən məlum olur ki, Xırdalandakı "Kristal Abşeron” massivinin sakinləri bahalaşmanı hətta vaxtından əvvəl hiss ediblər.

Şikayətdə qeyd olunur ki, binada yaşayan insanların əksəriyyətin istilik üçün bu qədər pul ödəməyə imkanı yoxdur. Ən dəhşətlisi isə odur ki, bu binada yaşayan insanlara başqa seçim qoyulmayıb.

"Biz şəxsi kombimizdən istifadə etsək, bu qədər xərcimiz çıxmaz. Amma kombi çəkilməsinə icazə verilmir. Binada istilik təchizatı, televiziya xətti, isti su mərkəzləşdirilib. Yəni heç bir sakin mənzilində dairəvi antennalardan istifadə edə bilməz, kombi çəkə bilməz, və sadaladığımız bu təchizatlardan ümumiyyətlə imtina edə bilməz”, – şikayətdə bildirilir.

"İnternet xəttinin çəkiliçində də cəmi 2 provayderin binaya girməsinə icazə verilib. Vətəndaşın öz cibinə və yaxud zövgünə uyğun provayder seçmə imkanı yoxdur. Çəkilən televizor xəttinə gorə aylıq 8 manat ödəyirik. Burada da baxımlı kanalların sayı azdır. Üstəlik aylıq 20 manat kommunal xərci ödəyirik. Dekabr ayının 1-dən etibaren 3 otaqlı (80kv) mənzil uçun təkcə istilik təchizatı, blokun təmizlənməsi, liftin servis pulu ve televizor xətti üçün ödənilməli olan məbləğ 84 manat təşkkil edir. Bundan başqa işıq, su, qaz, telefon pulu var. Astronomik bir məbləğ alınır. Bunu kim və necə ödəməlidir?”, – şikayətdə deyilir.

"Bir faktı da nəzərinizə chatdıraq ki, binaların yanan materiallardan olan üzlüklərinin dəyişdirilməsi ilə bağlı verilən sərəncam buradakı ilk 3 binada yerinə yetirilmədi. Kohnə, yanğına meylli olan üzlüklər olduğu kimi saxlanıldı”, – şikayətdə deyilir./bastainfo.com/

MediaFax