Dünya yaxın on ildə ölümcül qrip virusu epidemiyası ilə qarşı-qarşıya gələ bilər.
Bunu BBC-yə müsahibəsində amerikalı milyarder Bill Qeyts söyləyib. O, dünyanın bu situasiyaya zamanında reaksiya verə bilməyəcəyini və onun fəlakətə səbəb olacağını bildirib.
"Hazırda insanlıq müasir tibbi vasitələrə malikdir. Məni qorxudan insanlığın fövqəladə situasiyalara verdiyi reaksiyadır. Müxtəlif məhdudiyyətlər bu cür hadisələrə reaksiyanı zəiflədir. Ebola və Zika virusu ilə bağlı böhranlar göstərdi ki, dünya epidemiya qarşısında nə dərəcədə zəifdir. Təcili olaraq yeni dərmanlar hazırlanmalıdır. Əgər qrip epidemiyasına lazımi reaksiya verilməsə, o, faciəyə səbəb olacaq”./axar.az/
MediaFax