“Bilə-bilə vursaydım, o futbolçu “sönərdi”

Ulduz futbolçu Zlatan İbrahimoviç növbəti maraqlı açıqlaması ilə diqqət mərkəzinə düşüb. Apasport.az saytı xəbər verir ki, isveçli hücumçu bu dəfə "Mançester Yunayted” – "Everton” matçından (1:1) sonra özünəməxsus açıqlama verib.
 
Belə ki, Premyer Liqanın XIV turu çərçivəsində keçirilmiş görüşdə İbrahimoviçin rəqib müdafiəçi Şeymus Koulmanın başına zərbə vurması müzakirə mövzusuna çevrilib. Oyunun ingilis şərhçisi həmin epizodda Zlatanın "Everton”lu futbolçuya bilərəkdən zərbə vurduğunu deyib.
 

Bununla bağlı fikirlərini bölüşən təcrübəli forvard isə ittihamı qəbul etməyib: "Top uğrunda sərt mübarizə epizodu idi. Eşitdim ki, şərhçilərdən biri mənim həmin anda bilərəkdən Koulmanın başına zərbə vurduğumu deyib. Halbuki elə deyildi, sırf mübarizə epizodu idi. İnanın mənə, əgər kiminsə başına zərbə vurmaq istəsəm, bunu necə edəcəyimi yaxşı bilirəm. Əgər bilərəkdən vursaydım, o futbolçu "sönərdi”. Başqa şərh vermək istəmirəm”.
 
Qeyd edək ki, "Everton”la qarşılaşmada "Mançester Yunayted”in epizoduna məhz İbrahimoviç imza atıb.

MediaFax