Bıçaqla uşaqlara hücum etdi, 11 nəfəri yaraladı

Çinin Pinsyan şəhərində silahlı şəxs bağçaya hücum edib.

"TASS” xəbər verir ki, bu barədə Çin Mərkəzi televiziyası məlumat yayıb.

Məlumata görə, bıçaqla silahlanmış şəxs uşaqlara hücum edib. İnsident nəticəsində 11 azyaşlı uşaq yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların həyatı üçün heç bir təhlükənin olmadığı bildirilib.

Polis artıq silahlı şəxsi saxlayıb. Faktla bağlı araşdırma aparılır./qafqazinfo.az/

MediaFax