ASAN rəhbərliyi bəzi domenləri bağlatdırdı
Bu barədə sözügedən saytların rəhbərləri məlumat yayıb. Məlumata görə, bu barədə domen sahiblərinin elektron ünvanlarına məktub göndərilib və xəbərdarlıq edilib. Məktubda saytların dayandırılması qərarının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verildiyi qeyd olunub.
Domenlərin fəaliyyətinin dayandırılması isə sahibkarların narazılığına səbəb olub.
İT mütəxəssisi Vahid Qasımovun sosial şəbəkədə yaydığı məlumata görə, etirazlardan sonra saytının fəaliyyəti dayandırılan şəxslər ASAN xidmətə çağırılıb.
Məsələ ilə bağlı "ASAN xidmət”in mətbuat xidmətindən açıqlama almaq istəsək də, telefonlarımıza cavab verən olmadı.
Qeyd edək ki, Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə "ASAN Viza" sistemi vasitəsilə elektron viza veriləcək./bakipost.az/
MediaFax