Beynəlxalq idman yarışları tədrisə təsir edəcəkmi? - Nazir açıqladı

Bu il Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışlarının tədris prosesinə təsirinin olub-olmacağına aydınlıq gətirilib.
 
Təhsil naziri Mikayıl Cabbarov bildirib ki, hazırda bu məsələ müzakirə olunmur.
 
"Beynəlxalq idman yarışlarının keçirildiyi coğrafi məkanların yaxınlığında yerləşən təhsil müəssisələrində bu məsələyə baxıla bilər. Hazırda bu istiqamətində müəyyən işlər həyata keçirilir. Bu məsələlərdə biz çevik hərəkət edirik və həmin ali təhsil müəssisələrinin rəhbərlikləri ilə birlikdə Təhsil Nazirliyi daimi əlaqə yaradır”, - deyə nazir bildirib.  
 
Nazir beynəlxalq idman yarışlarında iştirak edəcək tələbə könüllərinin tədris və imtahanı zamanı hər hansı güzəştlərin ediləcəyi ilə bağlı səslənən fikirlərə də münasibət bildirib: "Könüllü təhsil təcrübəsi əslində təhsil təcrübəsinin bir nüsxəsidir. Düşünmürəm ki, tələbə könüllülərin imtahanlarda hər hansı bir güzəştə ehtiyacı var. Keçmişdə biz könüllülərlə bağlı belə müraciətlərlə rastlaşmamışıq. Bu məsələlər ali təhsil müəssisələri ilə birlikdə sivil qaydada həyata keçirilir.
 
Qeyd edək ki, bu ilin may ayında Bakıda İslam Həmrəylik Oyunları, daha sonra isə Formul 1 Avropa Qran Prisi keçiriləcək./APA/

MediaFax