Azərbaycan Beynəlxalq Bankının (ABB) İdarə Heyətinin sədri Elmar Məmmədov vəzifəsindən kənarlaşdırılıb. "APA-Economics"in bank sektorundan əldə etdiyi məlumata görə, müvafiq qərar ABB-nin Müşahidə Şurasının iclasında verilib.
Müşahidə Şurasının digər qərarı ilə Xalid Əhədov E. Məmmədovu əvəzləyib. Xatırladaq ki, X. Əhədov dekabrın 2-dən etibarən "Azər Türk Bank" ASC-nin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edib.
X. Əhədovun yerinə hələlik təyinat yoxdur.
Qeyd edək ki, həm ABB, həm də "Azər Türk Bank" dövlət banklarıdır.
MediaFax