"Xəzər” TV-nin efirində yayımlanan "Ənənə Boğçası” verilişində bəy gəlinin adını unudub.
Toy mərasimlərini lentə alan veriliş bu dəfə Sabirabad rayonunda qonaq olub. Toyuna hazırlaşan bəyi danışdıran aparıcı Leyla Mustafayeva ondan gəlinin adını soruşub.
Bəy isə həyəcanlı olmadığını desə də, həyəcandan heç cürə gəlinin adını yadına sala bilməyib. Aparıcı Leyla isə gəlinin adını unudan bəyə təəccüblənib və əli ağzında qalıb. Bəy yalnız kənardakıların köməyindən sonra gəlinin adını deyə bilib.
"A24.az”a istinadən verilişdən olan videogörüntünü təqdim edirik:
MediaFax