Bəxtiyar Vahabzadənin oğlu İLESAM-da

Ötən gün Türkiyə Böyükelçiliyinin keçmiş mədəniyyət müşaviri Seyit Ahmet Arslan və Xalq şairi Bəxtiyar Vahabzadənin oğlu Azər Vahabzadə Ankarada İLESAM-ın mərkəzi ofisində İLESAM başqanı Mehmet Nuri Parmaksılzla görüşüblər.
 
İLESAM-ın fəaliyyəti, yeni layihələr, ədəbi-mədəni əlaqələr mövzusunda geniş fikir mübadiləsindən sonra Azər Vahabzadə atası Xalq şairi Bəxtiyar Vahabzadənin varisi olaraq Bəxtiyar Vahabzadənin İLESAM tərəfindən müəllif hüququnun qorunması, əsərlərinin təbliğ olunması ilə bağlı İLESAM-a üzv olub. 

MediaFax