Türkiyənin "Beşiktaş" klubunun Azərbaycanda yoxlama oyunu keçirəcəyi rəqib müəyyənləşib.
İstanbul klubu "Qarabağ"la qarşılaşacaq. Bu haqda saytımıza Ağdam klubunun direktoru Əmrah Çəlikəl məlumat verib.
Onun sözlərinə görə, hələlik oyunun keçiriləcəyi tarix dəqiqləşməyib: "Bugünlərdə danışıqlar üçün "Beşiktaş" klubunun idarə heyətinin üzvü Gökhan Sarı və klubun daha bir rəsmi nümayəndəsi Umut Kutlu Azərbaycana gələcək. Onunla görüşümüz olacaq. Bundan sonra da matçın vaxtı müəyyənləşəcək".
Klub rəsmisi təklifin "Beşiktaş"dan gəldiyini bildirib./qol.az/