Bəşər Əsəd danışdı: “Ölənə kimi...”

Suriya prezidenti Bəşər Əsəd yanvarın sonunda Qazaxıstanın paytaxtı Astanada sülh konfransında iştirak edəcəyini təsdiqləyib.
 
Əsəd yerli agentliklərə müsahibəsində atası kimi ömürlük prezident qalmaq istəmədiyini də deyib.
 
"Əsas odur ki, qarşı tərəfdə real Suriya müxalifəti olsun. Onlarla bütün məsələləri müzakirə etməyə hazıram. Əgər prezidentlik müddəti müxalifəti narazı salırsa, onda konstitusiya dəyişikliyinə getmək olar. Atam kimi ömürlük prezident olmaq fikrində deyiləm”.

Astanada Suriya üzrə beynəlxalq konfrasın keçirilməsi Putin və Nazarbayev arasında əldə olunmuş razılıq əsasında həyata keçiriləcək./modern.az/

MediaFax