İŞİD Berlini qana boyadı: 12 ölü, 48 yaralı - VİDEO+FOTOLAR - YENİLƏNİB

00:38

Berlində yük maşını insan kütləsini əzib.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, insident zamanı azı 9 nəfərin həlak olduğu bildirilir.
 
Baş verən hadisənin terror aktı olduğu ehtimal edilir.
 
=====
00:46

Ankarada Rusiya səfirinin sui-qəsd nəticəsində qətlə yetirilməsindən sonra daha bir terror hadisəsi Berlində baş verib.

Publika.az "Deutsche Welle”yə istinadən xəbər verir ki, yük maşını Milad bayramı üçün təşkil olunan bazara girib.
 
Hadisə nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb.

Hadisə Yeni il yarmarkasında baş verib.
 
X X X

Berlində naməlum şəxs yük maşını ilə insanları vurub.
 
APA-nın xəbərinə görə, bu barədə Berlin polisi özünün Tvitter hesabında yazıb.
 
İnsident nəticəsində 9 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Hadisə Yeni il yarmarkasında baş verib.
 
Yük maşınının sürücüsü saxlanılıb. Hadisənin terror aktı olduğu ehtimal edilir.  Berlin polisi sakinləri evdən çıxmamağa çağırıb.
 
======
09:12

Xəbər verdiyimiz kimi, Berlin şəhərindən qərbdə Kurfyurstendamm bulvarında təşkil olunan Yeni il yarmarkasında qanlı olay baş verib.

"Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şübhəli şəxsin yük maşınını izdihamın üzərinə sürməsi nəticəsində 9 nəfər ölüb, 50 nəfər isə yaralanıb.

Polis hadisə yerindən qaçan sürücünün artıq saxlanıldığını bildirib.

Hüquq-mühahizə orqanları insidenti terror aktı kimi qiymətləndirir. Faktla bağlı araşdırmalar davam edir.

Qeyd edək ki, hücuma görə məsuliyyəti İŞİD terror təşkilatı öz aüzərinə götürüb.
 
X X X
 
Berlində Milad yarmarkasında naməlum şəxsin yük maşınını insanların üzərinə sürməsi nəticəsində ölənlərin sayı 12-yə çatıb, 48 nəfər yaralanıb
 
APA-nın məlumatına görə, bu barədə Almaniya paytaxtının polisi özünün "Tvitter” hesabında” yazıb.
 
Bundan əvvəl 9 nəfərin öldüyü, 48 nəfərin yaralandığı bildirilirdi.
 
Yük maşınının sürücüsü saxlanılıb, onunla birlikdə olan şəxs ölüb. Bununla belə Berlin polisi terror aktı versiyasını təsdiqləməyib. Cinayətkarların şəxsiyyəti haqqında heç bir məlumat verilmir.


 












MediaFax