Benzin istehsalının azalması qiymətlərə necə təsir göstərəcək?
Şərq.az-a benzin istehsalının 7 faiz azalmasından danışan "Turan” İnformasiya Agentliyinin iqtisadi şərhçisi Hafiz Babalı bildirib ki, istehsal prosesinin azalması və ya artması istehlakın tələbindən asılıdır:
"Yəni belə desək, bazarda nə qədər tələb edilirsə, istehsal da ona uyğunlaşdırılır. Benzinin və ümumi yanacaq məhsullarının istehsalının azalması da bununla bağlıdır. Neft məhsulları da elə həcmdə istehsal edilir ki, tam şəkildə istifadəni ödəyə bilsin. Ona görə də bu azalma əslində nəticədir. Benzinin istehsalının 6,8 faiz azalmasının sənayedə problemlər yaratdığı barədə fikir söyləmək düzgün deyil. Bu, təbii haldır. Sənaye sahəsi dirçələrsə, yanacağa tələbat artarsa, onun istehsalı da irəliləyə bilər. Azalmanın qiymətlərin bahalaşmasına gətirib çıxaracağı fikri isə düzgün deyil. Çünki istənilən halda bu qiymətlər dövlət tərəfindən tənzimlənir. Benzinin qiymətinin artırılması ilə bağlı Tarif Şurasına isə müraciət edilməyib”.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, benzininin istehsalı 6,8 faiz azalıb.
MediaFax