“Belə intihar daha asan olduğu üçün…” - Professor

"İntiharların artması cəmiyyətdə sosial durumla bağlıdır. Düzdür bunlar Avropa, dünyanın inkişaf eləmiş ölkələrində də var. Amma sosial mənşəli intiharların sayı Azərbaycanda xeyli çoxalıb”.

Bu sözləri saytımıza açıqlamasında tanınmış həkim, professor Adil Qeybulla deyib. O bildirib ki, dərman vasitələrindən və müxtəlif zəhərli maddələrdən istifadə edərək intihar etmək halları daha geniş yayılıb: "Ümumiyyətlə, intihar vasitələri çoxdur. Özünəqəsd üçün bu vasitələrdən, toksiki maddələrdən, zəhərlərdən istifadə eləmək dünya praktikasında geniş yayılıb. Dərman vasitələrindən, müxtəlif zəhərli maddələrdən istifadə edərək intihar etmək daha asan yol olduğu üçün, əksəriyyət bu yola əl atır.

Dərman maddəsi müalicə üçün müəyyən dozada toksiki effektə malikdir. Ona görə də normadan artıq istifadə etmək olmaz. Elə dərmanlar var ki, onlar güclü təsirə malikdir. Onların dozasının artırılması çox ciddi fəsadlara və ölümə gətirib çıxara bilər. Hər halda bu intiharların Azərbaycanda geniş yayılması çox ciddi hadisədir. Azərbaycan həmişə sosial ölkə olub. İnsanlar daim ünsiyyətdə olub. Son vaxtlar bu ünsiyyətlərin məhdudlaşdırılması insanların daha çox özünə qapanmasına, çıxış yolu tapmamasına gətirib çıxarır. Bu, intiharların əsasında dayanan faktorlardan biridir”.
 
Adil Qeybulla qeyd edib ki, ölümə səbəb ola biləcək digər dərmanların adlarını açıqlayıb: "Adrenalin çox güclü təsirə malik dərmandır. Onun bir ampluasının damara vurulması ölümə gətirib çıxara bilər. Başqa dərmanlar var ki, onlar ürək-damar sisteminə təsir edir. Yağ mənşəli müxtəlif maddələrin venaya vurulması da dərhal ölümə səbəb olur. Bu cür dərmanlar çoxdur. İstənilən dərman vasitəsi müəyyən dozada toksiki effektə malikdir. Yəni bir dozada dərmandır, digər dozada zəhər”.
 
Qeyd edək ki, Bakı şəhər Baş Səhiyyə İdarəsinin baş toksikoloqu, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin həkimi, dosent İsmayıl Əfəndiyev bildirib ki, kimyəvi zəhərlənmələrin çoxu dərmanlardan baş verir: "Xəstələrin 32 faizi dərmanlardan zəhərlənib. Dərman zəhərlənmələri daha çox əsəbə qarşı - sedativ tərkibli dərmanlardan baş verib. Onların əksəriyyəti intihar xarakterli zəhərlənmələr olub. Ümumiyyətlə, böyüklərdə dərman zəhərlənmələri əsasən sui-qəsd xarakterli olur”.
 
O qeyd edib ki, ötən il kimyəvi zəhərlənməyə məruz qalanların 893 nəfəri, yəni 40 faizi (ötən il 30 faizi) bunu özünə sui-qəsd etmək məqsədilə edib. Həmin xəstələrin çoxu qadınlar, xüsusilə cavan qadınlar olub. Qadınlar dərman və sirkə turşusu içməklə özlərinə sui-qəsd etmək istəyiblər./bakipost.az/

MediaFax