Belarus Azərbaycana bu raketlərdən satacaq?

İlham Əliyevlə Aleksandr Lukaşenko arasında Bakıda keçirilmiş danışıqlarda Azərbaycana Belarusda istehsal olunmuş "Polonez” yaylım atəşi raket sistemlərinin satışı məsələsi müzakirə oluna bilərdi.

Belarus KİV iki ölkə liderlərinin danışıqlarının yekunları ilə bağlı bu barədə yazıb.

Belə ki, belaruslu hərbi ekspert Aleksandr Alesin deyib ki, Ermənistanın "İskəndər” operativ-taktiki kompleksləri əldə etdiyi dövrdə Azərbaycan "Polonez” YARS-ın alınmasında maraqlıdır.

Alesin güman edir ki, "Polonez”lərin Azərbaycana satışı ilə bağlı Lukaşenko Moskvada Putinlə məsləhətləşə də bilərdi. Başqa sözlə, burada Kremlə qarşı nəsə axtarmaq düzgün deyil./virtualaz.org/

MediaFax