BBC-yə daha kimlər qadağa qoyub?

BBC-nin Ağ Evdəki brifinqə buraxılmamasından sonra "The İndependent" qəzeti xəbər korporsasiyasının əvvəllər daha haralarda qadağan edildiyindən yazıb.

2015-ci ildə İran hökuməti BBC-yə nüvə sazişi barədə reportajlar hazırlamaq üçün lisenziya verib. Belə bir icazə İran tərəfindın son altı ildə ilk dəfə idi ki, verilirdi.

BBC-nin Zimbabvedən reportajlar verməsi üzərinə qoyulmuş qadağan 2009-cu ildə qaldırılıb.

1994-cü il soyqırımı barədə sənədli filmindən sonra, 2015-ci ildə Ruanda BBC-yə qeyri-müəyyən müddətə qadağan qoyub.

Ötən ilin mayında Şimali Koreya "sistem haqqında bədxah reportajlarına" görə BBC-nin üç jurnalistinə qadağan qoyub.

BBC-nin Birmadan reportajlar verməsi onilliklərdir ki, qadağandır./musavat.com/

MediaFax