Bayramı qeyd edə bilmədi...

Laçın rayonundan məcburi köçkün, Qarabağ veteranı  İbrahimov Mütəllim Məhəmməd oğlu Yeni ili boş ciblərlə qarşılayıb.

Bu barədə saytımıza Qarabağ veteranının özü məlumat verib. İbrahimov bildirib ki, veteranlar üçün nəzərdə tutulan aylıq 50 manatlıq müavinətini hər ayın 25-də alsa da bu dəfə bankdan pulunu götürə bilməyib.

"Bankdan bildirdilər ki, sizin müavinətlər köçürülməyib. Biz də gözümüzü bayramqabağı həmin 50 manata dikmişdik. Təəssüf ki, bayramı belə bir qanqaraçılıqla qarşıladıq" - deyə İbrahimov əlavə edib.

Qeyd edək ki, İbrahimov Mütəllim Bakının Xətai rayonunda məskunlaşıb./qaynarifo.az/

MediaFax