Bayram günü ailəsini yasa batırdı

Hacıqabulda 38 yaşlı kişi özünü asaraq intihar edib.
 
Hacıqabul rayonu Nəvahi kənd sakini, 1979-cu il təvəllüdlü Baxşıyev Nüsrət Qubad oğlu özünü yaşayış evinin həyətində yerləşən yardımçı tikilidə asaraq intihar edib.
 
Onun asılmış meyiti gecə saat 3.00 radələrində yaxınları tərəfindən aşkar edilib.
 
Mərhumun 3 azyaşlı uşağı var. Faktla bağlı Hacıqabul rayon prokurorluğunda araşdırma aparılır./APA/

MediaFax