Bayden Türkiyədə Gülənin ekstradisiyasından danışdı - Yenilənib

11:52 
 
ABŞ-ın vitse-prezidenti Co Bayden bir qədər əvvəl Ankaraya gəlib.
 
Tükiyə mətbuatının verdiyi məlumata görə, ilk olaraq Türkiyə Böyük Millət Məclisini ziyarət edəcək C. Bayden  daha sonra baş nazir Binəli Yıldırımla görüşəcək.
 
O, prezident sarayında Rəcəb Tayyib Ərdoğan tərəfindən qəbul ediləcək.
 
Görüşlərdə əsas müzakirə mövzuları Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası, Suriya məsələsi və ikitərəfli əlaqələrin perspektivi olacaq.
 
------------
15:52
 
Bu gün Türkiyədə səfərdə olan ABŞ vitse-prezidenti Co Bayden Türkiyə Böyük Millət Məclisində olub.
 
Türkiyənin "Vatan” qəzetinin verdiyi məlumata görə, hərbi çevriliş cəhdi zamanı parlamentin bombalanan hissələrini gəzən C. Bayden gördüklərinin ona ABŞ-dakı 11 sentyabr olayını xatırlatdığını söyləyib.
 
C. Bayden Türkiyə parlamentinin sədri İsmayıl Qəhrəmanla görüşdə isə hazırda ABŞ-da yaşayan Fətullahçı Terror Təşkilatının (FETÖ) lideri Fətullah Gülənin Türkiyəyə ekstradisiyası məsələsinə toxunub: "Kaş Fətullah Gülən başqa ölkədə olaydı. ABŞ-a Fətullah Gülən haqqında sübut çatdırılmayıb. Fətullah Gülənin ekstradisiyasına ABŞ Federal Məhkəməsi qərar verəcək”.
 
C. Bayden daha sonra Türkiyə baş naziri Binəli Yıldırımla görüşüb./apa.az/
 
MediaFax