Deputat Qüdrət Həsənquliyevin sədri olduğu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) Oğuz, Balakən, Göygöl, Ucar, Kürdəmir, Quba, Yasamal, Füzuli və Sumqayıt şöbələri istefa verib.
AXCP-nin baş katibi Söhrab Abdullayev facebook səhifəsində bu istefaların səbəbini açıqlayıb.
Söhrab Abdullayev deyib ki, ondan vəkil Aslan İsmayılova qarşı məqalə yazmaq tələb olunub.
O isə Aslan İsmayılova qarşı təhqirlərlə dolu məqalə yazmaqdan imtina edib və buna görə də Qüdrət Həsənquliyev tərəfindən partiyadan xaric edilib.
"Buna görə də digər 8 rayon şöbəsi istefa verib. Əsas məsələnin nə ilə bağlı olduğunu sizlərə qısa şərh etmək istəyirəm. 22 sentyabr 2016 tarixində Qüdrət Həsənquliyev saat 19-00 da mənə zəng edib Aslan İsmayılovla münasibətimin olub-olmadığını soruşdu. Mən də olduğunu dedim və oğlumun toyunda iştirak etdiyini bildirdim. Öncə məndən telefonunu istədi, mən də verdim. Daha sonra isə Qüdrət bəy haqqında təhqiri sözlər yazdığını dedi. Dedim zəng edib danışaram . "Yox, sən onun haqqında yaz” dedi. Mən də yazaram dedim.Yəni bir ziyalı qınağı səviyyəsində. Axşam facebook-da oxuyub yazaram dedim. Fecebook-a girdiyimdə Niyaməddin Orduxanlı və bir qrup tərəfindən Aslan İsmayılov haqında nalayiq ifadələrlə dolu yazılara rast gəldim. Bu yazıda məni də etiketləmişdilər.
Yazılar mənim xoşuma gəlmədiyi üçün mən yazı qoymadım və qərara gəldim ki, Qüdrət bəylə görüşüm və bir müsahibə verim. Bununla bağlı idarə heyətinin üzvləri Mikayıl Rəhimov və Hüseynağa Qəniyevlə də danışdım. 23-26 arası xəstə olduğumdan kimsə ilə əlaqə qurmadım və 27-si işə çıxdım.
İş otağıma girər-girməz İlqar bəy(maliyyə məsələləri üzrə şöbə müdiri) otağa girdi. "Qüdrət bəyin təlimatı var, otağı boşaltsın, açarları təhvil versin. Sizi işdən azad etdi” dedi .Qüdrət bəydən sorduğumda isə Aslan İsmayılovun əleyhinə yazmadığım üçün bu qərarı verdiyini bildirdi. Daha sonra 29.10.2016 tarixində yetərsay olmayan məclisin qərar ilə Baş katib təsdiqləndi və Məclis sədri seçildi. Yeni təyin edilmiş baş katib ilk yalanını Qüdrət bəyə söylədi , yəni 29 əvəzinə 45 nəfər məclis üzvünün iştirak etdiyini bildirdi. İnanıram ki , Qüdrət bəyin bundan xəbəri olmadı.
Bundan sonra keçdiyimiz 15 illik bu yola bu cür münasibəti həzm edə bilməyən bir qrup rayon təşkilatları istefa qərarı verdilər. Bundan qıcıqlanan idarə heyətinin bəzi üzvləri mənim təşkilatdan kənarlaşmam haqqında əsassız qərar qəbul ediblər. Xeyirli olsun”-deyə Söhrab Abdullayev yazıb./modern.az/
MediaFax