Başında “xəzinə” gizlədən qadın tutuldu

Xaçmaz Gömrük İdarəsinin "Samur” gömrük postunun piyada xəttinə Rusiya Federasiyası istiqamətindən daxil olan Rusiya vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin məlumatına görə, yoxlama nəticəsində həmin vətəndaşın başındakı parçadan hazırlanmış saç sancağının içindən 44 ədəd üzük, 9 ədəd boyunbağı, 13 ədəd sırğa cütü, 5 ədəd sırğa tayı, 3 ədəd kulon və 2 ədəd əzik məmulat olmaqla, ümumi çəkisi 294,7 qram olan qızıl məmulatı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır./lent.az/
 


MediaFax