Başı mesaj yazmağa qarışdı, uşağı öldü

Çində yerləşən akvaparklardan birində faciə baş verib.
 
Anasının yaxınlığında hovuzda çimən körpə boğularaq ölüb. Buna səbəb isə anasının həmin vaxt başının telefonda sms yazmağa qarışması olub.

"Daily Mail” nəşri xəbər verir ki, sms-i yazıb qurtarandan sonra uşağı axtarmağa başlayan qadın onu tapa bilməyib.

Hadisə bütün təfərrüatları ilə hovuzda quraşdırılmış müşahidə videokameralarına düşüb.

Həmin vaxt xilasedicilərin harada olmasını və körpənin nəyə görə suya xilasetmə jileti olmadan girməsini isə polis araşdırır./virtualaz.org/

MediaFax