Baş Prokurorluğun əməkdaşı psixoloqun ölümündən danışdı

Bu barədə hələ bir şey deyə bilmərik.

Bu sözləri Baş Prokurorluğun əməkdaşı Azad Əliyev psixoloq Dəyanət Rzayevin ölümü ilə bağlı aparılan istintaq haqda saytımıza danışarkən deyib. O, məsələnin araşdırıldığını bildirib:

"Dəyanət Rzayevin işi hazırda bizdədir. Hələlik bu barədə bir şey deyə bilmərik. İstintaq davam edir. İstintaqın nəticəsində ölümün səbəbi aydınlaşacaq”.

Qeyd edək ki, tanınmış psixoloq Dəyanət Rzayev 26 yanvarda yaşadığı evdə özünü kəmərlə asaraq intihar edib. Onun həmkarı Elmir Əkbər isə Dəyanət Rzayevin intihar edəcək insan olmadığını, onun qətlə yetirildiyini iddia edib.

Bundan sonra D.Rzayevin qətlə yetirildiyi barədə şübhələr yayılıb./axar.az/

MediaFax