Naməlum şəxslər Liviyanın baş naziri Fayez Sarrajın kortejini atəşə tutublar.
"RİA-Novosti” agentliyi xəbər verir ki, bu haqda öz mənbələrinə istinadən "Əl-Cəzirə” telekanalı bildirib.
Hadisə nəticəsində iki mühafizəçi yaralanıb.
Kanalın informasiyasına görə, kortejdə baş nazirdən başqa, Ali Dövlət Şurasının sədri və prezident mühafizəsinin rəhbəri olub. Baş nazirin vəziyyəti haqqında hələ məlumat yoxdur./publika.az/
MediaFax