Baş nazirə şeirlə cavab verildi

Rusiyanın Londondakı səfirliyi Moskva-Vaşinqton münasibətlərinin qurulmasında məsləhət verən İngiltərənin baş naziri Tereza Meyə şeirlə cavab verib.
 
Səfirliyin Tvitter hesabında yayımladığı şer Azərbaycan dilində təxminən belə səslənir:

"Münasibət qur, amma diqqət et,

Dedi baş nazir.

Bildiyimiz qədər,

Soyuq müharibə bitdi çoxdan”.

Xatırladaq ki, Respublikaçılar Partiyasından olan konqresmenlərin Filadelfiya şəhərindəki illik toplantısına qatılan Tereza Mey Rusiya ilə əlaqələrin qurulmasında son dərəcə ehtiyatlı olmağın vacibliyini qeyd edib:

"Mənim tövsiyəm budur ki, münasibət qurulmalıdır, ancaq çox diqqətli olmalıyıq”./axar.az/

MediaFax