Baş nazir Timoşenkonu tənqid etdi

Baş nazir Vladimir Qroysman "Batkivşina” partiyasının lideri Yuliya Timoşenkonu Ukrayna korrupsiyasının, iqtisadi zəifliyin və effektivsizliyin anası adlandırıb.
 
Ukrayna KİV-ibildirir ki, hökumət rəhbəri onu sərt dillə tənqid edib.
 
"Mən hesab edirəm ki, Ukraynanın iqtisadi zəifliyinin, müstəqilliyin məhvinin, populizm və effektivsizliyin "anası” Timoşenkodur. O, əsl "ana"dır. 20 il müddətində Ukraynanın məhv etmək üçün hər şeyi edib. Həmişə kimsə də ona mane olub”.
 
Bununla belə, baş nazir Ukraynada "korrupsiyanın atası"nın kim olduğunu deməyib./modern.az/

MediaFax