Baş məşqçimizlə bağlı son qərar verildi

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor” klubuna keçidi baş tutmayıb.
 
Azərbaycan Futbol Federasiyasının rəsmiləri ilə görüşən "timsah”ların rəhbərliyi "hə” cavabı ala bilməyib.

"Bursaspor”un vitse-prezidenti Ali Adəmoğlu da bununla bağlı danışıb: "Prosineçkinin komandamıza gəlişi baş tutmadı. Başqa məşqçilərlə görüşəcəyik”.

Səbəb kimi isə AFFA-nın qarşı tərəfdən xorvat mütəxəssis üçün 2 milyon dollar təzminat istəməsi göstərilir.
 
Federasiya rəhbərliyi Prosineçki ilə daha bir il müqaviləni uzatmaq istədiyini və ondan razı qaldığını deyib./qafqazinfo.az/

MediaFax